8 Aprel 2017 09:24
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın Mokoa şəhərində baş verən daşqınlar nəticəsində 102 uşaq həyatını itirib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, ötən həftə baş verən təbii fəlakətdə ümumilikdə 314 nəfər ölüb, 332 nəfər yaralanıb.

Daşqınlar zamanı 127 nəfər itkin düşdüyü bildirilir. Onların arasında İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər