Liviyanın paytaxtı Tripoli şəhərinin beynəlxalq hava limanı rayonu ərazisində qızğın döyüşlər gedir.
Əvvəlcə bu gün səhər hava limanının ərazisinə raket düşüb. Bundan sonra döyüşlər başlayıb.
Liviya hökumətinin rəsmisi bildirib ki, döyüşlər islamçılar və liberal qüvvələr arasında gedir.
Qeyd edək ki, Liviya lideri Muammar Qəddafi devrildikdən sonra Liviyada qarşıdurma vəziyyətindədir. Hökümətin səylərinə baxmayaraq, sabitlik əldə etmək mümkün olmayıb./anspress/