19 Aprel 2017 13:32
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.

Trend-in məlumatına görə, R.T.Ərdoğanın Birləşmiş Ştatlara rəsmi səfəri ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı zamanı razılaşdırılıb.

Tərəflər səfərin vaxtını və proqramını müəyyənləşdirmək üçün yaxın vaxtlarda işə başlayacaqlar.

İlkin məlumata əsasən, səfər mayın sonlarında baş tutacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp R.T.Ərdoğana zəng edərək referendumun nəticələri ilə əlaqədar təbrik etmişdi.


Müəllif:

Oxşar xəbərlər