16 İyul 2014 14:39
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqansk vilayətində Ukrayna ordusu mühasirəyə düşüb.

Alınan məlumata görə, separatçılar Ukrayna hərbçilərini artıq 4 gündür ki, vilayətin İzvarino rayonunda mühasirədə saxlayır. Separatçılar mütəmadi olaraq hərbçiləri odlu silahlardan və artilleriyadan atəşə tuturlar. Hərbçilər arasında ölən və yaralananların olduğu bildirilir.

Ukrayna mətbuatının yazdığına görə, mühasirədən olan zabitlərdən biri deyib ki, səhərə qədər mühasirədən sağ çıxa biləcəkləri sual altındadır. Zabitin sözlərinə görə, ukrayna hərbçiləri daha çox sərhəd zonasında atəşə tutulur: “Bilmək olmur ki, bizə Ukraynadan, yoxsa Rusiya ərazisindən atəş açılır. Çətin vəziyyətə düşmüşük”.

Qeyd edək ki, Luqansk vilayəti Rusiya sərhədində yerləşir.

/ans press/


Müəllif: