Razılaşmanı Körfəz ölkələri adından Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə və Daxili İşlər naziri Məhəmməd Nayif, Amerika tərəfindən isə Dövlət katibi Reks Tillerson imzalayıb.
Paytaxt Riyadda ABŞ-Körfəz ölkələri zirvə toplantısından əvvəl əldə edilən razılaşmada ölkə liderləri də iştirak edib.
Qeyd edək ki, razılaşmada terrorçuların maliyyələşməsinin qarşısını almaq məqsədilə ABŞ və Körfəz ölkələri arasında maliyyə axınına nəzarət edəcək mərkəz qurulacaq. Bu mərkəz tərəfindən Yaxın Şərq və Şimali Afrika ölkələrində həyata keçirilən maliyyə axını nəzarətə alınacaq və terrora dəstək verən adam və təşkilatların fəaliyyətinə maneə yaradılacaq.