Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kəlami bu barədə Təbrizdə jurnalistlər qarşısında çıxış edərkən məlumat verib:
“Təəssüflər olsun ki, ötən illərdə narkomaniya, boşanma, ictimai-iqtisadi problemlər və s. kimi səbəblərdən dolayı günü-gündən artan yoxsulluğa şahid oluruq. Təbrizdə dərin və ciddi yoxsulluq hökm sürür, lakin məsullar sadəcə vitrini və şəhərin zahirini görür, onun daxilindən xəbərsizdirlər”.
Hökumət rəsmisi şəhər kənarlarında yoxsul vəziyyətdə yaşayan ailələrin vəziyyətinə də toxunub: “Təbrizdə 400 mindən çox insan şəhər kənarında yaşayır. Onların 60 faizinə birbaşa və ya dolayısı yolla İmdad Komitəsi tərəfindən yardım edilir. Əgər bələdiyyə həmin məntəqədə bizə torpaq verərsə, komitə orada yaşayan əhali üçün mədəniyyət və təlim kompleksi, həmçinin tibbi mərkəz tikməyə də hazırdır”.
Qeyd edək ki, Güney Azərbaycanın bütün şəhər və kəndlərində ciddi iqtisadi tənəzzül və yoxsulluq hökm sürür. İstehsal və sənaye müəssisələri iqtisadi durğunluqdan dolayı arda-arda bağlanır, bu isə bölgədə işsizlər ordusunun sıralarının genişlənməsi ilə nəticələnir.