4 İyul 2017 11:51
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda narkotik maddələrin qaçaqmqalçılığında və qətldə günahlandırılan daha 7 nəfər edam edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, narkotik qaçaqmalçılığında günahlandırılan Urmiya şəhər sakini Səlahəddin Yar, Quçan şəhər sakinləri Cəfər Sədanlu və onun adı mediaya açıqlanmayan həyat yoldaşı Rəşt şəhərinin mərkəzi həbsxanasında dar ağacından asılıb.

Həmin gün narkotik ittihamı ilə İsfahanın mərkəzi həbsxanasında saxlanılan daha 3 nəfər dar ağacından asılmaqla edam olunub. Onların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

Son vaxtlar İranda edamların sayının kəskin artması yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.


Müəllif: Samir

Oxşar xəbərlər