5 İyul 2017 01:23
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin şimal-qərbində naməlum şəxs məhkəmə binasında atəş açıb. Nəticədə bir polis zabiti ölüb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, naməlum şəxs həmçinin vəkili yaralayaraq bir nəfəri girov götürüb.

İnsident Bursa əyalətinin Gömlik şəhərində baş verib.

Məhkəmə qərarından narazı qalan 37 yaşlı Musa Gülər vəkilə ofisinin qarşısında tapançadan atəş açıb. O, daha sonra hadisəyə müdaxilə etmək istəyən polis əməkdaşına da atəş açıb.

Ağır yaralanan vəkil və polis xəstəxanaya çatdırılıb. Polisin həyatını qurtarmaq mümkün olmayıb. Vəkilin müalicəsi isə davam etdirilir.

M.Gülər hadisə yerindən qaça bilməyəcəyini görərək, əlindəki silahla intihar edib.


Müəllif: Teleqraf.com