Teleqraf.com xarici mediaya istinadla bildirir ki, prezident Şimali Koreya mövzusunda “bir addım atmadığını, lakin Çinin onu böyük xəyal qırıqlığına uğratdığını” bildirib.
Twitter üzərindən Çini tənqid edən Trump fikirlərini bu cür ifadə edib: “Çin məni böyük xəyal qırıqlığına uğratdı .Keçmişdəki axmaq liderlərimiz illik yüzlərlə milyard dollarlıq ticarətlərini aparmağa icazə verdilər, ancaq onlar Şimali Koreya mövzusunda bizim üçün heç bir şey etmədilər. Bunun davam etməsinə icazə verməyəcəyik. Çin bu problemi asanlıqla həll edə bilər”.
Qeyd edək ki, prezident Trampın bu fikirləri Şimali Koreyanın qitələr araslı baallistik raket sınağından sonra açıqlanıb.
Bəllidir ki, Pxenyanın son qitələrarası ballisstik raket sınağı min kilometr mənzilə çataraq Yaponiyanın Hakkiado adasının yaxınlığında dənizə düzüb.
Bundan əvvəl isə prezident Tramp G-20 sammitində Çin lideri ilə görüşərək müzakirələr aparıb. Həmin görüşdə əsas müzakirə mövzusu Şimali Koreya olub.