Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, uzun illər Netanyahunun dəftərxana müdiri vəzifəsində işləyən Ari Harov baş nazirin əleyhinə şahid qismində ifadə verəcəyini açıqlayıb.
"Röyter" agentliyi Harovun özünü sığortalamaq üçün baş nazirin əleyhinə ifadə vermək istdəyini qeyd edib.
Xatırladaq ki, Netanyahu ilə iki dəfə işləyən Ari Harov 2015-ci ildə istefaya gedib. İsrail mediasının xəbərinə görə, Harov ittihamları qəbul edib. O, Netanyahunun əleyhinə ifadə verdiyi üçün cəzası yüngülləşdiriləcək. Sabiq dəftəxana müdiri 6 ay həbs və ictimai xidmət cəzaları, o cümlədən, 194 min İsrail pul vahidi miqdarında cərimə ilə "mükafatlandırılacaq".
Qeyd edək ki, 11 il ərzində baş nazir postunu qorumağa nail olan Netanyahu keçmişdə bir çox ittihama məruz qalıb, amma hər dəfə proseslərn "üzüağ" çıxıb.