İsrail hökumətinin mətbuat xidməti Fələstin hərəkatında iştirak etdiyini əsas gətirərək Qətərin “Əl-Cəzirə” telekanalının müxbirinin akkreditasiyasını ləğv edib.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı yayılan bəyanatda “Əl-Cəzirə”nin Yerusəlim ofisinin aparıcı müxbiri Elias Karramın qeydiyyatının ləğvi barədə qərarın hökumətin mətbuat xidmətinin rəhbəri tərəfindən qəbul edildiyi vurğulanır.
Mətbuat xidməti Karramın 2016-cı ildə “Dar-əl-İmam” telekanalına verdiyi müsahibəni əsas gətirib. Həmin müsahibə zamanı Karram deyib ki, KİV-lər Fələstin müqavimət hərəkatının ayrılmaz hissəsi olmalıdır.
40 yaşlı E.Karram Nazaret bölgəsindədir. O, “Əl-Cəzirə”nin müxbiri kimi İsrail hökumətinin mətbuat xidmətində 2011-ci ildə akkreditasiyadan keçib.