20 Sentyabr 08:12
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Gürcüstanı “demokratiyanın tənəzzülü” səbəbindən vizasız rejimin mümkün ləğvi ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi məlumat verib.

Bildirilib ki, Brüssel bütün variantları, o cümlədən vizanın liberallaşdırılmasının müvəqqəti ləğvini müzakirə edir. Məlumata görə, Gürcüstan hakimiyyəti Aİ-yə gələcək inteqrasiya üçün müəyyən tələbləri yerinə yetirməli, o cümlədən vətəndaşların hüquqlarının müdafiəsini təmin etmək və ayrı-seçkiliyə qarşı mübarizə aparmalıdır.

“Şengen zonasının daxili təhlükəsizliyinə təhlükə yaradan hallar baş verərsə, eləcə də Gürcüstanda demokratiyanın daha da zəifləməsi halında lazımi qiymətləndirmə aparılacaq”, - qeyd olunub.


Müəllif: Arzu

Oxşar xəbərlər