Yakutiyada qəza baş verən “Mir” almaz mədənində itkin düşənlərlə bağlı axtarış-xilasetmə işləri dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar axtarış-xilasetmə işlərinin aparılmasının mümkünsüzlüyü ilə əlaqədar olaraq qəbul edilib.
Qeyd edək ki, sözügedən şaxtada qəza avqustun 4-də baş verib. Şaxtada ümumilikdə 151 nəfər olub. Dərhal 142 nəfər evakuasiya olunub. Daha bir nəfər isə növbəti gün xilas edilib.
Səkkiz nəfəri isə xilas etmək mümkün olmayıb.