18 Sentyabr 2017 16:34
1 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze eks-prezident Mixail Saakaşvilinin əsas məqsədinin Rusiyaya zərər vermək olduğunu açıqlayıb.

Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, Burcanadze bununla bağlı “Nezavisimaya qazeta”ya danışıb. O bildirib ki, Saakaşvili ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə hazırlnana planın icraçısıdır. O, 2018-ci ildə Moskvaya ciddi problemlər yaratmaq, xüsusilə Futbol üzrə dünya çempionatının təşkilatçılığının Rusiyanındən alınmasına nail olmaq istəyir.

Burcanadzenin bu açıqlamasına Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa cavab verib.

O bildirib ki, Saakaşvili Rusiya üçün heç bir təhlükə törətmir və sabiq prezidentin əsas məqsədi tərəfdarları ilə birlikdə Ukraynadakı vəziyyəti qarışdırmaqdır.


Müəllif: Samir

Oxşar xəbərlər