29 Noyabr 2017 15:17
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərkük şəhərində ABŞ-ın liderliyi ilə kürdlərin də yer alacağı ortaq əməliyyatlar komandanlığı qurulur.

Teleqraf.com xəbər verir ki, bu sözləri İraq parlamentində Kürdüstan Yurdsevərlər Birliyinin Kərkükdən olan deputatı Mahmud Osman deyib.

Deputat iddia edib ki, şəhərdə kürd qüvvələrinin də iştirakı ilə ABŞ rəhbərliyi altında müştərək əməliyyatlar komandanlığı yaradılır.

Artıq bu məqsədlə qərargah qurulduğunu deyən Mahmud Osman ABŞ hərbçilərinin Kərkük şəhərinin güneyində olan hərbi hissədə yerləşməyə başladığını iddia edib.

Mahmud Osman qeyd edib ki, İraq ordusu və Haşdi-Şəbi qüvvələrinin Kərkükü nəzarət altına aldıqdan sonra şəhərdə təhlükəsizliyin təmin edilməsində problemlər yaranıb.

Deputat qeyd edib ki, kürdlərin kompakt yaşadığı məhələlərə kimliyi bilinməyən şəxslər tərəfindən zaman-zaman basqınlar həyata keçirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər