30 Noyabr 2017 14:37
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Əfqanıstandakı komandanı, amerikalı general Con Nikoloson “Taliban” terrorçularının üç variantdan birini seçməli olduğunu bəyan edib. General deyib ki, həmin 3 variant razılaşma, Əfqanıstandan çıxmaq və ölməkdən ibarətdir.

Teleqraf.com xəbər verir ki, Kabildən canlı yayıma qatılan və Pentaqonda toplaşan jurnalistlərə açıqlama verən general Con Nikoloson “Taliban”ın Əfqanıstandakı müharibədə qələbə qazanmayacağını bəyan edib. O bildirib ki, “Taliban”la mübarizə zaman alacaq.

ABŞ Prezidenti Donald Trampın avqust ayında Cənubi Asiya siyasətini açıqlamasından sonra “Taliban”ın müharibə taktikasını dəyişərək “vur, qaç və intihar hücumları” mərhələsinə keçib.

Con Nikoloson təzyiqlər altında olan terror təşkilatının uğur qazanmayacağını bəyan edib. General deyib ki, Əfqanıstanda əhalinin 90 faizi “Taliban” iqtidarının yenidən qayıtmasını arzu etmir.

ABŞ-ın bölgəyə hava yolu ilə göndərdiyi yüklərin həcmini 3 dəfə artırdığını bildirən general İŞİD-ə qarşı aparılan mübarizənin uğurla sona çatmasından sonra Əfqanıstana daha çox hərbi ləvazimatın göndərilməsini gözlədiyini söyləyib.


Müəllif: Cavad

Oxşar xəbərlər