ABŞ-ın sabiq prezidenti Barak Obamanın paylaşımı bu il Tvitter sosial şəbəkəsində ən çox bəyənmə toplayıb.
Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, prezidentin bu il avqustun 13-dəki paylaşımı 4.6 milyon bəyənmə toplayıb və 1.7 milyon dəfədən çox paylaşılıb.
Paylaşımda “Heç kəs dərisinin rənginə, dini və mənsubiyyətinə görə digər insanlar tərəfindən nifrət edilən şəxs kimi doğulmur” cümləsi əks olunub.