Kanadada silahlı şəxs bankda 10 nəfəri girov götürüb.
Teleqraf.com xəbər verir ki, hadisə Voqan şəhərində baş verib.
Məlumata görə, cinayətkar 10 nəfəri girov saxlayıb. Onların arasında bankın əməkdaşları və müştəriləri də var.
Polis ərazini əhatəyə alıb. Hüquq-mühafizə orqanları cinayətkarla əlaqəyə girərək, girovların azad olması şərtlərini razılaşdırmaq istəyirblər.
Girovlardan heç birinin xəsarət almadığı bildirilir. (report)