25 Dekabr 2017 23:45
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Qüdsün paytaxt kimi tanınması və səfirliklərin ora köçürülməsi ilə əlaqədar 10-dan çox dövlətlə danışıqlar aparır.

Teleqraf.com ria.ru-ya istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər nazirinin müavini Sipi Xotoveli məlumat verib.

Onun sözlərinə görə, danışıq aparılan ölkələr arasında Avropa dövlətləri də var: “Söhbət 10-dan ölkədən gedir”.

Sipi Xotoveli ətraflı danışmasa da, məsələ ilə bağlı Rumıniya parlamenti sədrinin səfirliyin Qüdsə köçürülməsi ilə əlaqədar bəyanatını xatırladıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər