26 Dekabr 2017 23:24
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il dekbarın 31-dən 2018-ci il yanvarın ilk günü Moskva metrosu bütün sutka ərzində fasiləsiz işləyəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Moskvanın meri Sergey Sobyanin deyib:

"Moskva metrosu sakinlərə və qonaqlara gücləndirilmiş rejimdə fasiləsiz xidmət göstərəck".

Qeyd edək ki, dekabrın 31-də Bakı Metropoliteninin bütün stansiyalarında da iş qrafiki dəyişəcək.

Belə ki, həmin gecə metro stansiyaları saat 01:00-a kimi işləyəcək. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bilidirb: "Bu, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunacaq atəşfəşanlıqdan sonra sakinlərin rahat mənzil başına çatması məqsədi daşıyır. Sadəcə, sərnişinlərdən xahiş edirik ki, sakinlər "Sahil" stansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər "28 may" və "İçərişəhər" stansiyalarına üz tuta bilərlər".


Müəllif: Teleqraf.com