10 Yanvar 2018 18:43
3 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan 300-dən çox yəhudi İsrailin İordan çayının qərb sahillərində fələstinlilərə məxsus Susya kəndinin 40 faizini dağıtması ilə bağlı qərarına sərt reaksiya göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrail Baş naziri Benyamin Netanyahuya məktub göndərilib.

Məktubda İsrailin bu qərarından narahatlıq ifadə edilib: “Fələstinlilərin yaşamaq, təhsil almaq və dövlət qurmaq yolunun bağlanması bizim təsəvvür etdiyimiz İsrailə yaraşmaz. Bu, bölgədə təhlükəsizliyin pozulmasına gətirib çıxaracaq. İki dövlətli bir çözümün istisnası halında İsrail yəhudilər üçün təhlükəsiz və demokratik dövlət ola bilməz. Bizə Tövrat hər kəsə qarşı eyni qanunun tətbiqini öyrədib”.


Müəllif: Samir

Oxşar xəbərlər