ABŞ Prezidenti Donald Tramp Paris İqlim sazişi ilə bağlı qərarını dəyişib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp ölkəsinin sazişdən geri çəkilməsi ilə bağlı qərarını ləğv edə biləcəyini açıqlayıb:
“Müqaviləyə qayıtmağımız mümkündür. Ətraf mühitlə bağlı narahatlıqlarımız var”.
Qeyd edək ki, Tramp 2015-ci ildə ABŞ Prezidenti Barak Obama tərəfindən imzalanmış və 200 ölkənin qatıldığı Paris sazişini 2017-ci il iyunun 1-də ləğv etməklə bağlı qərar qəbul etmişdi. O, işlərin 2020-ci ilə qədər tamamlanacağını bildirmişdi.