13 Yanvar 2018 21:57
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İslam İnqilabı Keşikçiləri Qvardiyasının əsgərləri bu gün Pakistanla sərhəddə "Cundalla" terror təşkilatının üzvlərini saxlayıblar.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, hadisə Sistan və Bəlucistan vilayətinin Sarvan şəhəri yaxınlığında baş verib. Terror aktı törətmək üçün İran ərazisinə keçmək istəyən terrorçuların özləri ilə gətirdiyi partlayıcı qurğular, kamikadze kəmərləri və kommunikasiya vasitələri də ələ keçirilib.

Qeyd edək ki, sünni ekstremist qruplaşması olan "Cundalla" Əl-Qaidə" ilə əlaqələrə malikdir.


Müəllif: Nahid

Oxşar xəbərlər