İranda dörd il əvvəl narkoman ərinin əziyyətlərindən cana gəlib onu zəhərlədikdən sonra başını kəsən bir qadın edam edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, edam İranın Noşəhr şəhərinin həbsxanasında həyata keçirilib.
Adı mediaya açıqlanmayan, ruhi xəstə olduğu bildirilən bu qadın ərinin valideynləri onu bağışlamaqdan imtina etdikdən sonra dara çəkilib.
Ümumilikdə, dünən gün ərzində İranda 4 nəfər edam olunub.
İran İslam Respublikası öz vətəndaşlarına qarşı çıxardığı edam hökmunə görə dünyada birinci yerdədir.