Yaponiyanın "Toyota" korporasiyası Highlander, Levin, Toyota Corolla markalı 181,8 min avtomobilini Çindən geri çağırır.
Geri çağırma prosesinə fevralın 10-da start veriləcək.
Sözü gedən modellərin 2015-2016 ildə istehsal olunduğu bildirilir.
Avtomobillərin geri çağırılmasına səbəb kimi təhlükəsizlik yastıqlarında olan problemlər göstərilir. Şirkət onları təmənnasız olaraq dəyişdirəcəyini bildirib./Trend/