ABŞ Prezidenti Donlad Tramp Yuta ştatının senatoru postuna namizədinin adını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə fikrini Tvitterdə paylaşıb:
“Mitti Romni Yuta ştatından senator seçiləcək. O, gözəl senator olacaq və mən onu dəstəkləyirəm”.
Qeyd edək ki, Romni 2012-ci ildə ABŞ-da prezidentliyə namizədliyini irəli sürüb və Barak Obamaya uduzub.