Qazaxıstanın paytaxtı Almatı şəhərində Qırğızıstan parlamentinin deputatı Damirbəy Asılbəy saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məsələ ilə bağlı Qazaxıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Almas Sadubayev danışıb.
O bildirib ki, saxlanılan şəxs Qazaxıstan vətəndaşıdır: “Asılbəyin Qazaxıstan vətəndaşlığından çıxması ilə bağlı Almatıya heç bir müraciəti olmayıb. Onunla yanaşı, daha 35 nəfər eyni ittihamla saxlanılıb”.