Rusiyanın 1-ci kanalında keçirilən teledebat zamanı prezidentliyə namizəd Vladimir Jirinovski ilə qalmaqal yaşayan Kseniya Sobçakın həyat yoldaşı Maksim Vitorqan Rusiya Liberal Demokrat Partiyasının sədrini xəstə adlandırıb.
Teleqraf.com xəbər verir ki, Maksim Vitorqan “Danışır Moskva”ya açıqlamasında Jirinovskinin xəstə qoca olduğu üçün onun hərəkətlərinə reaksiya vermək niyyətində olmadığını deyib.
“Qoca xəstəyə necə təpki göstərə bilərəm? Xəstə insandır, ildən-ilə bu cür öz çörəyini qazanır. İstənilən insan, çəkilişdən kənar Jirinovskini görsə, ona xəstə olduğu üçün rəhmi gələcək”.
Xatırladaq ki, bu gün teledebat zamanı prezidentliyə namizəd Kseniya Sobçak onu “axmaq” adlandıran digər namizəd Vladimir Jirinovskinin sifətinə su atıb. Namizədlər bir-birini təhqir etdiyi üçün verilişin yayımı dayandırılıb.