2 Mart 2018 11:55
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Qazprom” şirkəti Ukraynaya qaz ixracatını dayandırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Qazprom” rəhbərinin köməkçisi Medvedev bildirib ki, Ukraynaya qazın verilməsinin dayandırılmasına səbəb “Naftogaz” ilə razılaşmanın əldə edilməməsidir.

“Naftogaz”ın mart ayı üçün qaz idxalı məqsədilə ödədiyi maliyyənin geri qaytarılacağına işarə edən Medvedev “artıq martın 1-dən “Naftogaz” bizim tərəfimizdən qazla təmin edilməyəcək”-deyib.

Qeyd edək ki, Stokholmda yerləşən Beynəlxalq Təqaüd Məhkəməsi “Qazprom” şirkətinin “Naftogaz”a qarşı iddiasına baxıb və “Naftoga”zı haqlı hesab edib. Üstəlik “Qazprom”un Ukraynaya mavi yanacaq idxalı ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi səbəbindən “Naftogaz”a 2,56 milyard dollar ödəməli olduğu haqda qərar çıxarıb.

Xatırladaq ki, hazırda Ukraynada son illərin ən şaxtalı qış mövsümü yaşanır. Ölkənin bəzi yerlərində şaxta -15 dərəcəyə qədər enib. Belə bir məqamda Ukraynaya qaz idxalını dayandırmaq əhalinin yaşam durumuna bilavasitə təsir edir.


Müəllif: Cavad

Oxşar xəbərlər