Ankara PYD terror şəbəkəsinin rəhbəri Saleh Müslümün həbs edilməsi tələbi ilə İsveçə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Türkiyənin baş diplomatı deyib ki, Saleh Müslümün müvəqqəti həbs edilməsi üçün İsveçə nota təqdim edilib.
Qeyd edək ki, PYD-nin sabiq həmsədri Saleh Müslüm Almaniyadan sonra İsveçə gedib, paytaxt Stokolmda bəzi görüşlər keçirməyi planlaşdırır.