“Vatsap” messencerinin istifadəçiləri silinmiş fayllarını 2 ay ərzində bərpa etmək imkanı əldə edəcəklər.
Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, sözügedən messencerin proqramçıları yeni funksiyanı sınaqdan keçirirlər: şəkil, video, sənəd və istifadəçilərin səsli mesajları serverdə saxlanılacaq. Multimedia fayllarını telefondan sildikdən sonra onları 2 ay ərzində bərpa etmək mümkün olacaq.
Əvvəllər multimedia faylları 30 gündən sonra avtomatik silinirdi.