Ukrayna Xarici İşlər Nazirliyi etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üçünVyana sazişinin müddəalarına uyğun olaraq, Rusiya tərəfə aprelin 28-də Vyanada danışıqlar aparmağı təklif edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ukrayna XİN məlumat yayıb.
Qeyd edək ki, son günlər Ukrayna sərhədində hərbi təlimlər keçirməsi ilə bağlı Ukrayna tərəfi Rusiya XİN-ə müraciət edib və izahat istəyib. Rəsmi Moskva Kiyevin müraciətinə aydın cavab verməyib.
"Aldığı cavab qaneedici olmadığından, Ukrayna tərəfi Rusiyaya aprelin 28-də sərhəddə keçirilən təlimlərlə bağlı danışıqlar aparmağı təklif edib", - Ukrayna XİN-in açıqlamasında deyilir.
Nihad