15 Avqust 2014 10:32
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın baş naziri Nuri əl-Maliki vəzifəsindən istefa etdiyini bildirib:

“Baş nazir olmaqdan vaz keçirəm. İraq dövlətinin mənfəəti üçün bu vəzifəni hörmətli Heydər əl-İbadiyə təslim edirəm”.

Maliki lideri olduğu Qanun Dövləti Koalisiyasının təşkil etdiyi mətbuat konfransında çıxış edərkən belə deyib.

"İraqda sabitliyi, inkişafı və irəliləyişi hədəf tutan qardaşlarıma kömək üçün yolda əsgər olmağı özümə şərəf bilərəm.

Terrorla mübarizə edən, vətənin parçalanmasının və etnik müharibənin qarşısını alan bir hökumətin qurulması ümidiylə vəzifəmdən imtina edirəm".

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər