8 Avqust 2018 16:54
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Qarabağdakı terrorçu rejimin tərəf kimi danışıqlara qatılması təklifini irəli sürüb. Hesab edirəm ki, Paşinyan hökuməti hazırda daxili siyasi proseslərə görə münaqişənin tənzimlənməsi üçün vaxt istəyib və buna görə belə fikirlər səsləndirib daxildəki gərginliyi azaltmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyi.

Politoloqun qənaətinə görə, Paşinyan Rusiyaya bağlı olan “Qarabağ klanı”nı sıradan çıxarmaqla Qərbin moderatorluğu ilə aparılacaq danışıqlara qatılmaq niyyətindədir:

“Paşinyan bu baxımdan “boz kardinal”, eks-prezident Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı mərhələli həll planını dəstəkləyir. O, başa düşür ki, münaqişəni həll etməsə, onun Ermənistanda həyata keçirdiyi islahatlar effekt verməyəcək və Rusiyanın təsir rıçaqını saxlamış olacaq.

Nikol Paşinyan gələn il apreldə keçiriləcək parlament seçkilərinə kimi hakimiyyətini qoruyub saxlayarsa, seçkidən sonra işğal edilmiş ərazilərin boşaldılması üçün siyasət ortaya qoya bilər. Bundan əlavə, o, çalışacaq ki, Rusiya qoşunlarını ölkəsindən çıxarsın və Azərbaycanla real danışıqlara getsin. Bu, Azərbaycanın da maraqlarına uyğundur”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanda parlament seçkiləri baş tutanadək Qarabağ münaqişəsinin həll prosesində durğunluq yaşana bilər:

“Seçkilərdən sonra fəallaşmanın olacağı şübhəsizdir. Ermənistan hakmiyyəti bundan sonra “Aland adaları modeli”, yaxud aralıq statusla bağlı alternativ variant təklif edə bilər. Buna görə də düşünürəm ki, Paşinyanın Qarabağ separatçılarının tərəf kimi danışıqlara cəlb edilməsi ilə bağlı fikirləri daxili auditoriyaya hesablanıb. Çünki Paşinyanla Ter-Petrosyan çox yaxşı bilirlər ki, Azərbayacan bu şərti heç vaxt qəbul etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər