Livanın paytaxtı Beyrutda ermənilərlə yerli sakinlər arasında qarşıdurma olub.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, Beyrutun ermənilərin çoxluq təşkil etdiyi Borc Namud məhəlləsində naməlum şəxslə yaşlı erməninin mübahisəsi zamanı erməni gənclər ona hücum ediblər.
Bıçaqla özünü müdafiə edən naməlum şəxs 3 erməniyə ağır xəsarətlər yetirib.
Ermənilərdən biri hadisə yerindəcə ölüb, digər 2 nəfər isə ölümcül vəziyyətdə xəstəxanaya çatdırılıb.