Yamal-Nen muxtar dairəsinin qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Dmitri Artyuxov regionun başçısı seçilib.
Teleqraf.com xəbər verir ki, o, Rusiyada ən gənc qubernator olub. Onun namizədliyini dairə qanunverici məclisinin deputatlarının əksəriyyəti dəstəkləyib.
Qeyd edək ki, 2018-ci il mayın sonlarında Rusiya Prezidenti Vladimir Putin D.Artyuxovu bölgənin müvəqqəti başçısı təyin edib. O, Yaman-Nen muxtar dairəsi qubernatorunun aparatında 2010-ci ildən işləyir. 2016-ci ilin əvvəlində region rəhbərinin müavini təyin edilib. Yeni qubarnatorun cəmi 30 yaşı var.