İsrail Müdafiə Nazirliyi Bəşər Əsədin malikənəsinin fotolarını yayımlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, peyk vasitəsilə Şam şəhərində çəkilmiş fotolarda Əsəd rejiminə aid nazirlik binaları və bir çox strateji bölgələr görünür.
Bununla yanaşı İsrail tərəfi Şam hava limanının və bir hərbi bazanın da fotolarını yayımlayıb.
İsrail Müdafiə Nazirliyi veridyi açıqlamada fotoların İsrailin 30 il əvvəl kosmosa göndərdiyi “Ofek 11” adlı peykin ildönümü münasibətilə yayımladığı bildirlir.
Suriya tərəfi isə fotoların təqdimini “taktiki təhdid” olaraq dəyərləndirib.