Bir gün Gürcüstan NATO-ya üzv olacaq.
Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O, alyansın qapılarının həmişə Tiflis üçün açıq olduğunu bildirib:
“NATO-dakı müttəfiqləri Gürcüstanın, xüsusilə də, təhlükəsizlik və müdafiə sahələrində apardığı islahatlardan razıdır”.
Stoltenberq NATO-nun Gürcüstanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edərək, Rusiyanı işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan geri çəkilməyə çağırıb.