Beynəlxalq sanksiyalarla əlaqədar İranın neft ixracı özünün ixrac potensialından 50 faiz azdır.
Bunu İran Prezidenti Həsən Ruhani Ərdəbildə səfərdə olarkən deyib.
H.Ruhani qeyd edib ki, bəzi sanksiyalar ləğv edilsə də, İran yenə onların təsiri altındadır: "İran xalqı hələ də sanksiyaların təzyiqi altındadır".
Prezident bildirib ki, sanksiyaların ləğvi administrasiyanın prioritetlərindən biridir: "Bu məsələ üzrə siyasətim ali dini lider Ayətullah Əli Xamneyinin dəstəyi ilə həyata keçirilir".
/trend/