24 Oktyabr 2018 10:15
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qadına təcavüz edən şəxs polisə verdiyi ifadəsində ABŞ Prezidenti Donald Trampın qadınlara əllə toxunmağın normal olduğunu deməsini xatırlatmaqla özünü müdafiə edib.

Teleqraf.com xəbər verir ki, təyyarədə qarşısında əyləşən qadına toxunmaq iddiası ilə Yeni Mexiko əyalətində araşdırma çərçivəsində həmin şəxs qadına cinsi zorakılıqda ittiham edilib.

Qadın elə təyyarədəcə üzləşdiyi durumdan şikayət edib və ona əl atan kişi başqa yerə keçirilib. Təyyarə yerə endikdən sonra şəxs həbs edilib.

Albuquerque məhkəməsində çıxış edən şəxs “ABŞ Prezidenti Donald Tramp qadınların bədənlərinin xüsusi yerlərinə toxunmağın normal olduğunu” söylədiyini xatırladaq bunun üzərindən müdafiəsini qurub.

Ona 2 il yarım həbs və ya 250 min ABŞ dolları pul cəzası kəsilə bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər