Vaşinqtonda “WMAL” radiostansiyasına şübhəli bağlama göndərilib.
Teleqraf.com xəbər verir ki, jurnalist Larri Konnor Tvitter mikrobloqunda məlumat paylaşıb. Dərhal radiostansiyadakı insanlar təxliyyə olunub.
Qeyd edək ki, daha öncə CNN, eləcə də sabiq prezidentlər Bill Klinton və Barak Obama, keçmiş dövlət katibi Hillari Klintonun evinə içərisində partlayıcı maddə olan şübhəli bağlama göndərilmişdi.