10 Noyabr 2018 09:46
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə aktiv sosial şəbəkə istifadəçisi olan bir qadın ad günündə sevgilisinin telefonunu qurdalayıb, orda cinsi məzmunlu çoxsaylı şəkil görüb və onları öz hesabından paylaşıb.

Teleqraf.com xəbər verir ki, intiqam almaq istəyən Raksel Deyl adlı qadın şəkillərin üzərində “sabah hamısı internetə düşəcək” qeydini yazıb.

Şəkillərin 8 dəqiqə sonra silinməsinə baxmayaraq qısa zamanda hamısı sosial mediada görünüb.

Fotodakı qadın həmin kişinin əvvəlki sevgilisi olub. Şəkli yayılan qadın intihara cəhd edib, amma xəstəxanada həkimlər onu ölümdən xilas edə biliblər.

Raksel Deylə məhkəmə 12 həftə həbs və pul cəriməsi kəsib.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər