12 Noyabr 2018 17:44
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna 3 namizədin adını irəli sürməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə Prezident Aleksandır Lukaşenko deyib.

Lukeşnko bununla bağlı bir neçə seçimlərinin olduğunu diqqətə çatdırıb:

“Bu, Ermənistana laqeyd yanaşmağımızdan irəli gəlmir. Bu, birinin qazanması, digərinin məğlub olması deməkdir. Problem budur ki, Nikol Paşinyan Avrasiya İttifaqı və KTMT-yə keçid edən bir ölkəni öz hökumətilə qurmaqla məşğuldur. Ermənistan bu yükün altından çıxa biləcəkmi? Əgər Paşinyan bizi başa düşsə, Sankt-Peterburqda görüşəcəyik”.

Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin yeni baş katibinin adının dekabrın 6-da ittifaqın Sankt-Peterburqda keçiriləcək iclasında açıqlanacağını bildirib.

Qeyd edək ki, Ermənistanda barəsində cinayət işi açılan Yuri Xaçaturov vaxtından əvvəl KTMT-nin baş katibi postundan uzaqlaşdırılıb. Bundan sonra dönəm rəhbərliyi vaxtından tez Belarusa keçib.

Ermənistan ittifaqa 2020-ci ilədək rəhbərlik etməli idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər