ABŞ Demokrat Partiyasının üzvü, 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klinton 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə onun sabiq müşaviri Mark Penn bildirib.
“Wall Street Journal” jurnalında dərc olunmuş məqaləsində M.Penn bildirib ki, xanım Klinton əvvəlki seçkilərdə məğlubiyyətinə səbəb olmuş xırda uğursuzluğun yenidən təkrarlanmasına imkan verməyəcək.
M.Pennin sözlərinə görə, əvvəlki seçkiqabağı kampaniya zamanı hansı addımların yanlış olduğunu təhlil etmək və yeni strategiya hazırlamaq üçün Klintonun 2 il vaxtı olub.
Klinton iki ay öncə jurnalistlərin uyğun sualına cavab olaraq bildirib ki, seçkiqabağı mübarizə istəməsə də, prezident olmaq niyyətindədir.