Əfqanıstan Prezidenti Əşrəf Qəni Taliban terror təşkilatı ilə sülh müqaviləsi imzalamaq niyyətində olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə Con Hopkins Universitetinin tələbələri ilə videokonfransda bildirib.
Prezident Əfqanıstan hökumətinin danışıqlara hazır olduğunu deyib:
“XXI əsrdə müharibəni hərbi yolla başa çatdırmaq çətinləşir. Əfqanıstanla Taliban arasındakı qarşıdurma siyasi olaraq həll ediləcək”.
Əşrəf Qəni qeyd edib ki, Taliban hökumətə qalib gələcək qədər güclü deyil: “ABŞ və Əfqanıstan hökuməti arasında sülh prosesini inkişaf etdirmək üçün bir sıra müqavilələr var”.