19 Noyabr 2018 13:52
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Dənizli şəhərində təyyarə qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, Başqarçı bölgəsindən havaya qalxan təlim təyyarəsi yerə çırpılıb.

İçində iki pilotun olduğu bildirilən təyyarə Aydın Çıldır hava limanından qalxıb.

Hazırda təyyarənin düşdüyü əraziyə xilasetmə qrupları göndərilib.

Dənizli valisi Həsən Qarahan faktı təsdiqləyib.

Bildirib ki, hələlik qəzanın səbəbləri bilinmir: “Texniki və ya hava şəraiti səbəbindən ola biləcəyi ehtimalları yüksəkdir. Verilən koordinatlara görə, təyyarənin yerə düşdüyü ərazilərə xilasetmə qruplarının çatmasına çalışırıq”.


Müəllif: Cavad