11 Dekabr 2018 19:53
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Azadlıq Təşkilatının (FAT) lideri Yasir Ərəfatın müşaviri Besam əbu Şərif FAT başçısının Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən öldürüldüyünü iddia edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, əbu Şərif ABŞ prezidenti Corc Buşun İsrail başçısı Ariel Şaronun Səudiyyə rəsmiləri ilə görüşündən sonra Ərəfatın öldürülməsi göstərişini verdiyini bildirib.

Qeyd edək ki, Yasir Ərəfat 1994-2004-cü illərdə Fələstin Azadlıq Təşkilatının lider olub. O, 2004-cü ildə Fransadakı (Paris) xəstəxanada vəfat edib.

Araşdırmadan sonra FAT liderinin polonium maddəsi ilə zəhərləndiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər