Dünyadan 7.3 milyon işıq ili uzaqlıqda su və buzla örtülü buludlar arasıda nəhəng bir göy cismi kəşf edilib. 1995-ci ildə ilk görüntüləri əldə olunan, Wise J0855-0714 adlandırılan və Yupiter boyda olduğu deyilən cisim nə planet, nə də ulduz kateqoriyasına uyğundur.
Pensilvaniya Universitetindən astronom Kevin Luhman NASA-nın kosmik teleskopundan gələn məlumatları incələyərək bildirib ki, bu cisim yerdən soyuq, Yupiterdən daha istidir:
“Günəş sistemi xaricində ilk dəfə su yüklü buludların olduğu bir göy cismi haqqında məlumat alırıq. Su yüklü buludlar Yerdə və Marsda var. Bu cismi isə heç bir kateqoriyaya aid edə bilmirik. 2018-ci ildə kosmosa yeni James Webb kosmik teleskopu buraxılacaq və onun göndərdiyi məlumatlar bizim dəqiq nəticəyə gəlməyimizə kömək edəcək”.
Ülkər