14 Dekabr 2018 14:19
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı səfirliyi Gümrü şəhərində baş verən faciəli hadisəni siyasiləşdirməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, səfirlik bir neçə gün əvvəl baş vermiş hadisə ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“Biz bu mövzunu siyasiləşdirməməyə, tələsik nəticələr çıxarmamağa və istintaq orqanlarının işlərini yerinə yetirməsinə mane olmamağa çağırırıq. Zərər çəkmiş şəxsin yaxınlarına və həyat yoldaşlarına başsağlığı veririk”.

Xatırladaq ki, dekabrın 3-də 57 yaşlı süpürgəçi Julietta Qazaryan Gümrüdə naməlum şəxs tərəfindən döyülüb. Qadının vəfat etməsindən sonra cinayət işi açılıb.

Dekabrın 11-də Ermənistan Baş Prokurorluğu ölümlə nəticələnən hadisə ilə əlaqədar Gümrüdə yerləşən 102-ci rus hərbi bazasının əsgərinin həbs olunduğunu bildirib. Lakin hərbçinin Ermənistanda yox, Rusiyanın istintaq orqanları tərəfindən hərbi bazada mühakimə olunması Gümrüdə etirazlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər