12 Fevral 2019 22:13
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezident Robert Köçəryana qarşı yeni ittiham irəli sürülüb.

Teleqraf.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkilləri məlumat veriblər.

Eks-prezident iş adamı Silva Ambartsumyandan külli miqdarda rüşvət almaqda ittiham olunur.

Sahibkar 2008-ci ildə ərəblərlə böyük bir müqavilə imzalamaq üçün Köçəryana rüşvət verib.

Qeyd edək ki, hazırda həbsdə olan R. Köçəryan 1 mart 2008-ci il hadisələri zamanı konstitusion quruluşun devrilməsində ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər